11 Noyabr 2019 00:27
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 10-da Heydər Əliyev Mərkəzində Xalq artisti Natiq Şirinovun rəhbərlik etdiyi «Natiq» ritm qrupunun konserti olub.

Teleqraf.com-un məlumatına görə, qrup «Qaytağı», «Qaval rəqsi», «Bir qəlbdə iki ruh», «Yaradılış», «Atəşgah» və digər kompozisiyalarını, eyni zamanda məhz bu konsert üçün hazırladığı yeni nömrələri təqdim edib.

İki saata yaxın davam edən konsert gözəl səhnə tərtibatı, rəngarəng performansla yadda qalıb və anşlaqla izlənilib.


Müəllif: Teleqraf.com