11 Noyabr 2019 18:15
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 11-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Teleqraf.com-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2019-cu il noyabrın 7-də keçirilən iclasının protokolu təsdiq olunub.

Sonra 2019-cu il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Respublikaçılar Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsindən sonra sözügedən partiya tərəfindən təqdim olunan şəxslərin səlahiyyətli nümayəndələr kimi qeydə alınmasına qərar verilib.

İclasda, həmçinin cari məsələlərə baxılıb.

Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edib.


Müəllif: Teleqraf.com