14 Noyabr 2019 15:22
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Almaniyadan, əsasən, Bavariya torpağından xeyli azərbaycanlı "siyasi mühacir" deport olunacaq.

Bu barədə informasiya sosial şəbəkələrdə yayılıb.

Əsasən də Müsavat Partiyasının sənədi ilə müraciət edənlərin deport ediləcəyi deyilir.

Qeyd edək ki, Almaniyanın hüquq-mühafizə orqanları Azərbaycanın Müsavat Partiyasının keçmiş üzvlərini saxlayıb. Cinayətkar şəbəkəyə daxil olan 7 nəfər həbs edilib.

Cinayətkar dəstənin saxlanılan üzvləri barəsində yerli federal məhkəmələr tərəfindən 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib./trend/


Müəllif: Teleqraf.com