18 Noyabr 2019 17:21
1 191
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı aktyor Aleksey Paninin qızına qarşı qəddarlığı sosial mediada etirazlara səbəb olub.

Teleqraf.com xəbər verir ki, sənətçi qızını yerdə sürüyərək kəmərlə qollarını mətbəxdəki istilik cihazına bağlayıb.

Görüntülər evdəki üçüncü şəxs tərəfindən lentə alınıb.

Panin evi çirkləndirdiyi üçün qızına acıqlanıb və əllərini nənəsinin açacağını söyləyib. Bəzi sosial media izləyiciləri görüntülərin qurama olduğunu yazsa da, hadisə ilə bağlı araşdırmalar aparılacağı bildirilir.

Qeyd edək ki, Panin müasir Rusiyanın ən məşhur aktyorlarından biridir. Hakimiyyətə yaxınlığı ilə seçilən aktyor Vladimir Jirinovskinin Liberal Demokrat Partiyasıyla da sıx əlaqələri var. Panin həmçinin Krımın anneksiyasını ən sıx şəkildə müdafiə edən şəxslərdən biri kimi tanınıb və Rusiyanın sərhədlərinin Odessaya qədər uzadılmasını təklif edib.


Müəllif: Leyla