18 Noyabr 2019 20:58
1 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Timur Eyvazovu Rusiya Federasiyasının Sloveniyadakı səfir təyin edib.

Teleqraf.com xəbər verir ki, sərəncam rəsmi hüquq informasiya portalında dərc edilib.

Sərəncamın mətnində deyilir: “Eyvazov Timur Rafailoviç Rusiya Federasiyasının Sloveniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”.

Bundan əvvəl bu vəzifəni Doku Zavqayev tuturdu. V.Putin digər bir sərəncamla onu vəzifəsindən azad edib.

1971-ci il təvəllüdlü T.Eyvazov daha əvvəl Rusiyanın Fransadakı səfirliyində müşavir-elçi işləyib. İkinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir.


Müəllif: Səxavət