Ailə, Qadın və Uşaq Problemləıri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova keçirdiyi mətbuat konfransında kişilələrin məişət zorakılığına məruz qalması barədə danışıb.
Teleqraf.com xəbər verir ki, o, dövlət komitəsinə rəhbərlik etdiyi 14 il ərzində iki dəfə belə müraciətlə üzləşdiyini bildirib: “Birinci dəfə yaşlı bir kişi gəlib dedi ki, məni arvadımdan xilas edin. Kişinin 85, arvadın 82 yaşı var idi. Bizim əməkdaşlar, psixoloq onunla söhbət etdi. Sonra həmin kişidə altsmeyger xəstəliyinin bir çox hallarının üzə çıxdığı məlum oldu.
İkinci hal budur ki, biz təcridxanada olarkən orada gözəl bir qadın gördüm. Dedilər, yoldaşının başını kəsib. Təsəvvür edin, bu, nə qədər ağır hadisədir. Məlum oldu ki, qadının əri narkomanmışi, içirmiş, zorakılıq da yox, elə şeylər edib ki, qadın dözməyib. Hansı stress vəziyətinə düşüb ki, bunu edib... Onun uşaqları sığınacağa yerləşdirildi”.
H.Hüseynova qeyd edib ki, cəmiyyət belə hadisələrə vaxtında dəstək verilməlidir: “Ancaq qadınların kişilərə qarşı şiddətə yol verdiyinin intensiv olduğu barədə məlumatlar düzgün deyil”.
H.Hüseynova daha sonra tele-aparıcı Elçin Əlibəylinin döyülməsinə dair suala cavab verib: “Komitə hər bir halda məsələlərə reaksiya verir. İlk olaraq biz monitorinq qruplarına müraciət edirik. Bəzən belə hallar üzə çıxanda ciddi psixoloji problemlər olduğunu görürürk. Müraciət edirlər, sonra aydın olur ki, şəxsdə psixoloji problem var.
Mən demirəm ki, o, psixi xəstədir. Amma hansısa səbəblərə görə səhhətində problemlər var. Bu insanların sonradan televiziyaya, sosial şəbəkələrə çıxmasını görürük. Araşdıranda görürük ki, məsələ o qədər ciddi deyildi.
Siz bizi də başa düşün. Bir də görürüsüz yazılır ki, filan-filan məsələ olanda komitə niyə münasibət bildirmir... Komitə hər bir fakta reaksiya verir. Elə bir hal ola bilməz ki, biz ona reaksiya verməyək. Bu, bizim işimizdir. Bizi narahat edən məsələ haqında məlumatı yuxarı orqanlara çatdırırıq. Bir çox hallarda cinayət işi açılır.
Media bizdən tələb edir ki, kimin günahkar olduğunu açıqlayaq. Halbuki burada hələ araşdırma gedir. Araşdırmalar yekunlaşmadan açıqlama verə bilmərik”.