25 Noyabr 2019 09:49
514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda itkin düşmüş 36 yaşlı qadın tapılıb.

Hadisə noyabrın 18-də paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü G.Həsənova günorta saatlarında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində G.Həsənova tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com