“Bibiheybətdə yol tam normal şəkildə inşa olunub. Yol salınan zaman heç bir nöqsana yol verilməyib. İstinad divarları tikilib. Sürüşmə isə təbii hadisədir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, intensiv yağışlar nəticəsində ərazidə sürüşmə aktivləşib: “Yolun bir hissəsi tam olaraq çöküb. Digər istiqamətdə də təhlükə müşahidə olunduğu üçün ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb".
Qeyd edək ki, noyabrın 24-dən 25-nə keçən gecə Bakıda Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq sürüşməsi olub. Nəticədə yolun bir hissəsi tamamilə dağılıb. Uçqun təxminən 250-300 metrlik ərazini əhatə edib.
Sosial şəbəkələrdə və mediada yol tikintisində nöqsanalara yol verildiyi ittihamları səsləndirilib.