19 Sentyabr 2014 14:40
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində keçirilən əmək yarmarkaları Salyan rayonunda davam etdirilib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, aktiv məşğulluq tədbirində 15-i qeyri-dövlət sektoruna aid 41 müəssisə tərəfindən 350-yə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təklif edilib.

Yarmarkada 102 nəfər rayon sakininə, o cümlədən sosial cəhətdən həssas qruplardan olan 4 nəfərə boş iş yerlərinə göndəriş verilib. Tədbirdə həmçinin 12 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib, əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunmaq istəyən şəxslərin qeydiyyatı aparılıb.

Növbəti əmək yarmarkası sabah, sentyabrın 19-da Ağsu rayonunda keçiriləcək. Tədbirdə işsiz və işaxtaran vətəndaşlara 30-a yaxın müəssisə üzrə 250-dən çox boş iş yerinin təqdim olunması nəzərdə tutulur.

Naibə


Müəllif:

Oxşar xəbərlər