Azərbaycan parlamenti “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Teleqraf.com xəbər verir ki, büdcə müzakirəsində İtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edib.
Komitə sədri xatırladıb ki, büdcə Milli Məclisdə, onun müvafiq komitələrində geniş müzakirə edilib, habelə hökumət təmsilçiləri deputatların qaldırdıqları məsələlərlə bağlı mövqelərini ifadə ediblər.
Komitə sədri bildirib ki, 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi Azərbaycanın maraqlarına tam uyğundur.
Bundan sonra “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq, qəbul olunub.