22 Sentyabr 2014 14:14
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümü və Neftçilər günü münasibətilə ölkəmizdə silsilə tədbirlər keçirilir.

Bu barədə Teleqraf.com-a Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlər çərçivəsində ümumilli lideri Heydər Əliyevin xatirəsinə böyük hörmət və ehtiramın ifadəsi olaraq “Heydər zirvəsi”nə yürüş təşkil olunub.

Alpinizim həvəskarı olan bir qrup neftçi Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürərək, 3751 metr hündürlükdə yerləşən zirvəni fəth edib. Azərbaycan neftçilərinin ümumumilli liderə dərin ehtiramının əlaməti olaraq SOCAR-ın yeni loqotipi əks olunmuş bayrağı həmin gün ilk dəfə zirvədə dalğalanıb.

Naibə


Müəllif:

Oxşar xəbərlər