23 Sentyabr 2014 00:38
1 877
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış tarixçisi Murat Bardakçının verilişi 600 min lirə cərimələnib

Teleqraf.com-un xarici mətbuata istinadən məlumatına görə, RTÜK “Tarihin Arka Odası” adlı proqramda Murat Bardakçının "Kardaşyanın ombasına baxırsınız. O erməniyə baxmayın” sözlərinə görə “Habertürk TV”yə 600 min lirə cəza verib. Proqramda məşhur sənətçi Charles Aznavurun “Sur Ma Vie” adlı mahnısı yayımlanıb.

Mahnıdan sonra tamaşaçılardan sərt mesajlar alan Bardakçı qəzəblənib və “Necə erməni mahnısı efirə verə bilirsən” deyirlər. Müğənni ermənidir, mahnı fransızcadır. Axmaqsınız? Kardaşyanın ombasına baxırsınız. O da ermənidir. Erməni qızın qıçına niyə baxırsınız? -, deyə bildirib.

RTÜK təqdim etdiyi hesabatda ekranda arqo və ya təhqir ehtiva edən ifadələrin istifadə edildiyini əsas gətirərək verilişin yayımlandığı “Habertürk TV”yə 600 min lirə cəza verib.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər