Mətbuatda xalq artisti Murad Dadaşovun Xəzər televiziyasına rəhbər təyin edilməsi haqda məlumat yayılıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Murad Dadaşovun Xəzər televiziyasına rəhbər təyin edilməsi rəsmi məlumat verildikdən sonra elan olunacaq.
Xəzər TV-nin rəhbəri Şamxal Həsənlinin işdən çıxarılması ilə bağlı sözügedən kanalın sözçüsü Aqşin Kamal ilə əlaqə saxladıq. O bu məsələdən xəbərsiz olduğunu və məlumatı dəqiqləşdirdikdən sonra xəbər verəcəyini deyib.
Qeyd edək ki, Şamxal Həsənlinin Xəzər TV-dən tutduğu vəzifədən azad edilməsini Baku.ws saytı yayıb.