20 Yanvar 2020 18:00
1 130
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üzümün tərkibindəki antioksidant hüceyrələri yeniləyir və xərçəngdən qoruyur. Tumu ilə birlikdə istehlak edilərsə, daha faydalıdır.

Teleqraf.com xəbər verir ki, üzüm Yaxın Şərq və Avropada ən qədim meyvələrdən biridir. Dünyanın hər yerində 20-dən çox üzüm çeşidi var.

Üzümün meyvəsi, yarpağı və toxumları yüksək qida və zəngin antioksidant tərkiblidir.

Tərkibindəki antioksidant diabet, xərçəng, hüceyrələrin qocalması və ürək xəstəliyi kimi xəstəliklərə yaxşı təsir göstərir, immunitet sistemini dəstəkləməyə kömək edir.

Meyvə və tərəvəzlərə qırmızı və bənövşəyi rəng verən antosiyaninlər daha çox antioksidant ehtiva edir. Qırmızı və bənövşəyi üzüm də bu meyvələr arasındadır.


Müəllif: Aysel Azad