24 Sentyabr 2014 00:12
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın “Obayashi” şirkəti 2050-ci illə qədər kosmosa lift tikilməsi ilə bağlı layihə hazırlayıb.

ANS PRESS-in məlumatına görə, yaponlar layihənin təfərrüatları barədə əlavə məlumat verməsə də bu layihənin özündə inanılmaz möhkəmliyi və yüngüllüyü uyğunlaşdıran karbon nanoborucuqlardan yaradılacağı bildirilir.

Yeni texnologiya kosmosa yükün göndərilməsində daha geniş istifadə ediləcək.

Məsələ burasındadır ki, layihənin həyata keçirilməsi üçün hələlik heç bir şirkət müraciət etməyib. Liftin trosunun yaradılması üçün möhkəmliyi 120Qpa təşkil edən material lazımdır. Bu zaman sözü gedən material kiçik çəkiyə malik olmalıdır. Onların tikintisi üçün karbon nanoborucuqlardan material münasibdir.

Lakin bəşəriyyət hələ onları sənaye miqyasında istifadə edə bilmir. Alimlər bu cür materialın gələcəkdə də əldə olunmasına şübhə ilə yanaşır.

Layihənin reallaşdırılmasına həmçinin onun yüksək dəyəri mane olur.


Müəllif:

Oxşar xəbərlər