24 Yanvar 2020 18:15
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə namizədliyi öz təşəbbüsü ilə 33 saylı Xətai birinci seçki dairəsindən irəli sürülmüş “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli seçiciləri ilə görüşdə yallı gedib.

Teleqraf.com xəbər verir ki, deputatlığa namizəd özünün sosial şəbəkə hesabında bununla bağlı video paylaşıb.

“Namizəd olaraq millətlə yallı getdik. Gələcəyi bu cür gözəl edəcəyik. Ulu millətimiz geci-tezi birlik, bərabərlik yallısını gedəcək, vahid və demokratik Azərbaycanı quracaq. Ciddi islahatlar idealı ilə seçki marafonundayıq. Ruhum rahatdı, millət də islahat arzulayır. İnqilabı durdurmağın yolu islahatdır”, – deyə Zəlimxan Məmmədli bildirib.

Qeyd edək ki, Z.Məmmədli “Gələcək gözəl olacaq! Memarı millət olacaq” şüarı ilə seçkilərə qatılıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər