Ötən il oktyabrın 6-da Şərqi Anadolu xəttində uzun müddətdir zəlzələ olmadığını bildirən Naci Görür ciddi bir zəlzələ riski barədə xəbərdarlıq etmişdi.
Teleqraf.com xəbər verir ki, Naci Görür o zaman zəlzələnin olduğu yerlər arasında Elazığın Sivrice mahalının da adını çəkib.
Dünən axşam Elazığın Sivrice mahalında baş verən 6.8 bal gücündə zəlzələ diqqətləri Naci Görür üzərinə çəkdi.
Naci Görür qonaq olduğu canlı yayımda Şərqi Anadoluda zəlzələ təhlükəsi barədə bunları deyib: “Hazırda konkret nəsə demək mümkün deyil. Bu, böyük zəlzələdir. İstərdim ki, səhv edim, amma ölənlərin olduğunu düşünürəm. Şərqi Anadoluda zəlzələ ocaqları oyanmağa başlayıb.
Naci Görür bildirib ki, uzun illər Şərqi Anadoluda zəlzələ olmayıb: “Bu vaxta qədər zəlzələlər Şimali Anadolu da baş verirdi. 7 bal gücündə zəlzələ baş verib. Bu, bizi narahat edir”.
Professor zəlzələ ilə bağlı məlumatları sıralayıb:
“1. Bu zəlzələnin baş verdiyi yerdə 1874-cü ildə 7.1, 1875-ci ildə isə 6.7 bal gücündə iki zəlzələ olub.
2. Zəlzələdən sonra Sivrice-Bingöl və Sivrice-Pütürge- Çelikhan arasında məsafəyə xüsusi diqqət yetirilməlidir.
3. Zəlzələ xəttindəki kənd yaşayış məntəqələri binaların davamlılığı baxımından etibarlı deyil. Ümid edirəm insan itkisi çox olmayacaq. Hələ ki, kəndlərdə zəlzələ olmadığı üçün dəyən zərərin qiymətləndirilməsi mümkün deyil”.
Naci Görür zəlzələ ilə bağlı əvvəlcədən xəbərdarlıq etdiyini, ancaq buna məhəl qoyulmadığını deyib: “Mən Elazığdan olduğum üçün bir dəfə Elazığın seysmikliyi haqqında mühazirələr dedim, xəbərdarlıqlar etdim və kəndləri də zəlzələyə hazırladım. Bu mövzuda kitablar nəşr olundu. Təəssüf ki, bu məslə ilə bağlı çox iş görülməyib. Eynilə İstanbuldakı kimi”.