8 Fevral 2020 15:53
478
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisə seçkilərlə əlaqədar səsvermə hüququ olan şəxslərin sayı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, 5 milyon 329 min 460 nəfər seçkilərdə səsvermə hüququndan istifadə edə biləcək.

Ümumilikdə, 573 məntəqədə 340 689 məcburi köçkün səs verəcək.

Qeyd edək ki, Milli Məclisə seçkilər sabah-fevralın 9-da keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər