11 Fevral 2020 10:43
412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıya yağan qar yollarda nəqliyyat vasitələrinin hərəkəti üçün heç bir ciddi çətinlik yaratmayıb.

Bu barədə Teleqraf.com “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, AAYDA-nın nəzarət etdiyi Bakı şəhərinin əsas küçə və prospektlərində, həmçinin şəhər ətrafı yollarda buz bağlama halı müşahidə olunmayıb: “Buna baxmayaraq buzlaşma ehtimalı ola biləcək ərazilərə ötən gündən etibarən xüsusi texnikalar çıxarılıb. Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meterioloji amilləri nəzərə almalarını xahiş edirik”.


Müəllif: Teleqraf.com