12 Fevral 2020 12:02
1 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İstənilən xəstəxanada ölüm halları ola bilər, bu, normal haldır. Lakin bizim xəstəxanada ölüm sayı qeyd olunan qədər çox deyil”.

Bunu Teleqraf.com-a açıqlamasında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkimi Polad Muradov bildirib.

Onun sözlərinə görə, xəstələrin ağır vəziyyətdə olmaları səbəbindən bu xəstəxanada ölüm halı daim baş verib: “Ölənlərin sayı ilə bağlı dəqiq məlumatım yoxdur. Xəstələr stasionara ağır vziyyətdə gətirildikləri üçün onların hamısı sağala bilməz. Təbii ki, sağalan da olur, ölüm halları da”.

Həkim bildirib ki, ölümlərin sayında artım yoxdur: “Şübhəli diaqnoz qoyduğumuz xəstələr var. Dəqiq diaqnoz qoymaq üçün araşdırmalar lazımdır. Ağır xəstələr gələndə yardım edilir. Lakin aralarında vəziyyəti pisləşən, həyatını itirənlər də olur. Bu, qaçınılmaz haldır”.

Polad Muradov yayılan məlumatları təkzib edib: “Ölənlər 10-15 ilin vərəm xəstələridir. Yaşlı adamlardır, ürək çatışmazlıqları var, bununla bağlıdır. Yayılan məlumatlar yanlışdır”.


Müəllif: Aysel Azad