25 Fevral 2020 18:46
747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 25-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Dövlət Pedaqoji Univesitetinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş “Qarabağdır Azərbaycan!” adlı elmi-praktik seminar keçirilib.

Teleqraf.com xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə təşkil edilən tədbirdə ADPU-nun Tarix-coğrafiya fakültəsinin alimlərindən Azərbaycan tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Naibə Əhmədova “Xocalı faciəsi vətənpərvərlik və tərbiyə məktəbi kimi”, Ümumi tarix kafedrasının dosenti, tarix elmləri doktoru Sevinc Seyidova “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində girov götürülmüş, əsir və itkin düşmüş vətəndaşlara qarşı erməni vandalizmi”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Samirə Ramazanova “Yanıqlı nalələr”, eləcə də tələbələrdən Tarixin tədrisi metodikası ixtisasının I kurs magistrantı Tahir Cabbarlı “Xocalı faciəsinin səbəbkarları”, 5-ci kurs tələbəsi Aytac Rəhimova “Xocalı soyqırımı indiki gənclərin gözü ilə” adlı məruzələrlə çıxış ediblər.

Tədbirdə həmçinin “Qarabağdır Azərbaycan!” adlı film nümayiş olunub, Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyası şagirdlərinin ifasında “Xocalı” adlı kompozisiya, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin İncəsənət və fiziki tərbiyə fakültəsi tələbələrinin hazırladığı Xocalıya həsr olunmuş rəsm əsərlərinin sərgisi təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər