26 Fevral 2020 08:53
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün tanınmış jurnalist Zabil Müqabioğlunun ölümündən üç il ötür.

Zabil Müqabiloğlu 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olub. Bakı Asiya Universitetinin Jurnalistika fakültəsini bitirib. 1996-1998-ci illərdə hərbi xidmətdə olub. 1998-ci ildən vəfat etdiyi günə kimi mətbuatda çalışıb. “525-ci qəzet”, “Avropa”, “Tərcüman”, “Yeni Müsavat” qəzetlərində işləyib. Z.Müqabiloğlunun son iş yeri isə təsisçisi olduğu gunxeber.com saytı olub.

Zabil Müqabiloğlu 2017-ci ilin 26 fevralında qaraciyər xəstəliyindən vəfat edib.Mərhumun bir oğul övladı yadigar qalıb.

Allah rəhmət eləsin…


Müəllif: Teleqraf.com