27 Fevral 2020 10:04
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 13-cü qrant müsabiqəsində qaliblərdən biri olan Toğrul Musalının icra etdiyi "e-future"- aztəminatlı gənclərə İKT bilik və bacarıqlarının aşılanması” layihəsi çərçivəsində təşkil olunan kompüter kursunda təlimlər başa çatıb.

Teleqraf.com xəbər verir ki, sonuncu - onuncu təlim günündə “Microsoft PowerPoint” proqramı tədris olunub.

Sonda layihəni uğurla başa vuran 25 gəncə sertifikat təqdim edilib.

Qeyd edək ki, layihənin məqsədi Qazax şəhərində aztəminatlı ailələrdən olan gənclər, eləcə də tələbələr üçün ödənişsiz kompüter kursunun təşkili olub. Kursda dərslər təcrübəli təlimçi İradə Həsənova tərəfindən keçirilib.


Müəllif: Teleqraf.com