13 Mart 2020 17:35
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı koronavirusla bağlı keçirilən mətbuat konfransında ötən həftənin bazar günü Azərbaycan hökumətinin dəvəti ilə gələn 6 nəfərlik ekspert qrupunun bu gün ölkəmizdən gedəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, o, daha əvvəl buna oxşar tədbirlərin İtaliyada keçirildiyini deyib:

"Heyətin geniş hesabatı 1 həftə ərzində Azərbaycan hökumətinə təqdim ediləcək".

Hande Harmancının sözlərinə görə, bir çox xəstəxanada həkimlərlə görüş keçirilib:

“Onların bu işi əzmlə, vətənpərvərliklə görməsi bizi ruhlandırdı. Ağciyər İnstitutunda qarşılanmağımız, oradakı şərait bizi qürurlandırdı”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər