19 Mart 2020 01:54
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - gün ərzində yaşanacaq uğurlar və uğursuzluqlar əsas yolun göstəricisidir.

Məqsədə doğru necə hərəkət etdiyinizi dəqiqləşdirə bilərsiniz. Seçim etməklə bağlı situasiya yaranarsa, itkilərlə qarşılaşa bilərsiniz. Böyük çətinliklər və itkilərin qarşısını almaq üçün hadisələri qabaqlamaq, nəyisə qurban vermək gərəkdir.

Buğa - şəraiti çözməyə çalışın. Evdə olan lazımsız əşyalardan qurtulun, dolab və rəfləri təmizləyin. Virtual aləminizə də diqqət ayırın.

Fayl və qovluqlarda qayda yaradın, gərəksiz məktubların hamısını pozun, informasiyaları yerbəyer edin. Axşam saatları pozitiv olacaq. Yeni ilin ilk günləri normal keçir. İnandığınız və etibar etdiyiniz insanlarla istirahət edin.

Əkizlər - hadisələrin axarı sürətlənib və bu səbəbdən emosional yorğunluq hiss edə bilərsiniz. Özünüzünkü hesab etdiyiniz nəsnə həyatınızdan yox ola bilər.

Bu isə narazılıq, üsyan və alternativ axtarışına səbəb olacaq. Axtarış əvvəl təxminlədiyinizdən asan olacaq.

Xərçəng - yaranmış şərait sizi yeni orientirləri seçməyə vadar edə bilər. Xoş olmayan xəbərlərin alınması istisna deyil. Əslində həmin xəbərlər qüvvələr nisbətini və dəstək qrupunu müəyyənləşdirməyə kömək edəcək.

Yaxın perspektivlə bağlı planlarınızı dəqiqləşdirin. Həyat yolunuzun təmizlənməsi başlanıb. İtkilərlə bağlı təəssüflənməyə dəyməz.

Şir - ünsiyyət və əyləncələrdə ehtiyatlı olun. Təhlükəli macəralar, risk və avantüraları sonrakı dəfəyə saxlayın. Feyerverk və elektrikdən uzaq durun.

İctimai yerlərdə, insanların gur olduqları yerlərə baş çəkəndə sayıq olun.

Qız - yeni iş və yeni məşğuliyyət yarana bilər. Sizə də məhz bu gərəkdir. Səyləri həmin istiqamətə yönəldin. Orqanizmi tonusda saxlayın.

Gün ərzində işləri başa vurandan sonra evdə rahatlıq və qayda yaradın. Belə məşğuliyyət gərginliyi azaldar, ruhunuzu müxtəlif tərəflərə yönəldən fikir ayrılıqları və təbəddülatları çözər.

Tərəzi - yaxın ətrafınızdakı insanları sizi maraqlandıran işə cəlb etmək ideyasından əl çəkin. Kollektivdə mübahisələr, fikir ayrılıqları, səbəbsiz münaqşələr olar.

Şəxsi işlərinizdə şübhəli və tələskən olmayın. Yaranmış problemi birgə həll etməyə çalışın. Sizdən asılı olmayan fors-major duruma görə yaranmış maneəni, sıradan çıxmış əşyanı və ya dərhal müdaxilə tələb edən obyektə diqqət yetirin.

Əqrəb - həddən artıq çalışıb özünüzü yormayın. Əks təqdirdə orqanizm buna çox pis cavab verəcək. Axşam saatlarını istirahət edərək keçirin. Evə qonaq çağırmaq, ya da dostlara və ya qohumlara baş çəkmək mümkündür. Səmimi olun.

Oxatan - yeni ideyaların yaranması, yeni təkliflərin alınması istisna deyil. Gərəkli informasiya axtarışı ilə məşğul olun, faydalı ola biləcək insanlarla əlaqələri bərpa edin.

Xarici görünüşüzün qayğısına qalın. Aktiv ünsiyyət yeni perspektivlərin rəhni ola bilər.

Oğlaq - həyata və işə yaradıcı yanaşın. Enerjinizin artdığını hiss etsəniz, gündəlik işlərin əsasını günün ilk yarısında görün. Yaxın ətrafınızdakı insanlarla birgə fəaliyyət hadisələrin axarını müəyyənləşdirəcək. İşdə və şəxsi münasibətlərdə əlaqələrin genişləndirilməsinə çalışın.

Dolça - emosional olun, soyuqqanlı və laqeyid davranmayın. Axşam saatlarında romantik hisslər yarana bilər. Ailə üzvləri və yaxınlarınızla ünsiyyətdə olun, onları dinləyin.

Balıqlar - əla gündür. Enerjinizin artdığını, təşəbbüs və aktivliyə ehtiyac duyduğunuzu hiss edəcəksiniz. Kollektivdə ümumi məqsəd və tapşırıqları müəyyənləşdirin, kimin nə iş görəcəyini planlaşdırın. Yeni orientirlər seçin.

Milli.Az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər