22 Mart 2020 17:58
1 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan koronavirus (KOVID-19) pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən tədbirlərə qoşulub.

Teleqraf.com xəbər verir ki, müğənni Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10 min manat məbləğində ianə edib.

Bununla da müğənni koronavirus xəstəliyinin ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədi ilə həyata keçirilən tədbirlərə öz töhfəsini verib.

Eyni zamanda, sənətçi bütün vətəndaşları KOVID-19 virusu ilə mübarizə üzrə tədbirlərə qoşulmağa və bu bəladan xilas olmaq üçün dövlətə öz vətəndaş dəstəyini göstərməyə çağırıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər