23 Mart 2020 17:30
377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyein tapşırığı əsasında hökumətin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir və bu istiqamətdə öz imkanları daxilində ciddi fəaliyyət göstərməkdədir.

YAP-dan Teleqraf.com-a verilən məlumata görə, artıq xəbər verildiyi kimi, YAP Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait köçürüb.

YAP İcra Katibliyinin bu addımı partiyanın yerli strukturlarının əməkdaşları və fəallar tərəfindən yüksək humanist addım kimi qiymətləndirilib, növbəti nəcib aksiyanın həyata keçirilməsi üçün təşəbbüsçü rolu oynayıb.

Qəbul edilən qərara əsasən, YAP İcra Katibliyinin, eləcə də partiyanın yerli strukturlarının əməkdaşlarının təşəbbüsü ilə onların 1 aylıq əmək haqqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediləcəkdir.

Beləliklə, YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna ümumilikdə təxminən 500 min manat məbləğində yardım həyata keçirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər