26 Mart 2020 17:07
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna hazırda fiziki və hüquqi şəxslər, habelə müxtəlif təşkilatlar tərəfindən könüllü ianələr edilir.

Bu barədə Telelqraf.com-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qurum, öz növbəsində, Koronavirusla Mübarizəyə Dəstək Fonduna (KMDF) ianə etməyi qərara alıb və işçilərin əmək haqqından 100 min manat məbləğində maliyyə vəsaiti müvafiq hesaba köçürülüb.

“Bakı Metropoliteni” QSC-nin kollektivi koronavirus pandemiyasının vətəndaşlarımıza və iqtisadiyyatımıza təsirinin qarşısını almaq üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərə dəstək göstərmək məramı ilə xalqımızla həmrəyliyini bəyan edir.


Müəllif: Teleqraf.com