1 Aprel 2020 17:54
1 444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Teleqraf.com-un məlumatına görə, fərmanla qaydaya yeni yarımbənd əlavə edilib.

Sənəddə sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə güzəştli kreditlərin ayrılması nəzərdə tutulur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər