3 Aprel 2020 21:49
1 714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” 2020-ci il 31 mart tarixli 122 nömrəli və “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 2020-ci il 2 aprel tarixli 124 nömrəli qərarlarında dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarına 1 nömrəli əlavə - “Azərbaycan Respublikasının ərazisində elan edilmiş xüsusi karantin dövründə rəhbərləri və zəruri halda işçiləri işə cəlb edilən dövlət orqanlarının və qurumlarının Siyahısı”na aşağıdakı məzmunda 73-cü hissə əlavə edilib.

“73. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi”.

1.“Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarına 1 nömrəli əlavə - “Əməkdaşları məhdud sayda işə cəlb edilməli olan dövlət əhəmiyyətli və həyat təminatı obyektlərin, habelə fasiləsiz fəaliyyət göstərən müəssisələrin Siyahısı”na aşağıdakı məzmunda 24-38-ci hissələr əlavə edilsin:

“24. Bakı Şəhər İcra Hakimiyyəti və onun tabeliyindəki qurumlar

25. Şəhər və rayon icra hakimiyyəti orqanlarının kommunal xidmətləri həyata keçirən qurumları

26. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

27. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

28. “AzInTelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

29. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti

30. Dövlət Avtomobil Nəqliyyatı Xidməti

31. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar NazirliyininMəlumat Hesablama Mərkəzi

32. “Azercell Telecom” Məhdud Məsuliyyətli Cəmiyyəti

33. “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti

34. “AzerFon” Məhdud Məsuliyyətli Cəmiyyəti

35. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət və sosial reabilitasiya müəssisələri

36. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmətçiləri

37. Məişət tullantılarının yığılması və utilizasiyası müəssisələri

38. Yanacaqdoldurma məntəqələri”.


Müəllif: Teleqraf.com