Fövqəladə Hallar Nazirliyi (FHN) koronavirus (COVID-19) infeksiyası səbəbilə ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqəli video çarx yayımlayıb.
Teleqraf.com-un məlumatına görə, FHN videonu "Biz sizin üçün xidmət edirik, Siz də bizim üçün evdə qalın" başlığı ilə paylaşıb.
"Ölkəmizdə koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində, məlum olduğu kimi, aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi tətbiq edilir.
Özünüzün, əzizlərinizin və bütün Azərbaycan cəmiyyətinin sağlamlığı naminə hər kəsi karantin rejiminə, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tələb və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq", - deyə paylaşımda qeyd edilib.