6 Aprel 2020 12:30
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycan parlamenti aşağıdakı məsələləri müzakirə edəcək:

1. Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı;

2. E.S.Rüstəmovun Azərbaycan Mərkəzi Banknını İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi;

3. "Milli Məclis deputatının statusu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş);

4. "Milli Məclisin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi (II oxunuş);

5. "Milli Məclisin komitələri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (II oxunuş).

6. "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" yubiley medalının təsis edilməsi ilə əlaqədar "Orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (II oxunuş).


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər