Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 1-dən 2-dək Belqrad şəhərində (Serbiya) Əməliyyat İmkanları Konsepsiyası, qiymətləndirmə və rəy proqramı üzrə illik konfrans keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.