15 Aprel 2020 17:24
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda koronavirusla mübarizə məqsədi ilə 4 və 5 ulduzlu otellər karantin mərkəzinə çevrildi. Karantin mərkəzlərində yerləşənlərin bütün ehtiyacları tam ödənişsiz təşkil edildi.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında laboratoriyalar fəaliyyətə başlayıb: "Yaxın günlərdə da isə Gəncə və Sumqayıtda laboratoriyalar fəaliyyətə başlayacaq. Azərbaycan ən çox koronavirus testi tətbiq edən ölkələrdəndir. Prezidentin tapşırığı ilə milli hemotologoya mərkəzində virusun genotipinin aşkarlanması üçün tədqiqatlara başlanıb. Bunun üçün xaricdə təhsil alan gənc mütəxəssislər işə cəlb olunub.

Bakı şəhəri və regionlar üzrə xüsusi rejimli xəstəxanalar ayrılıb. Onlar dərman və tibbi vasitələrlə təmin olunublar. Eyni zamanda tibb işçiləri bu xəstəxanalara ezam ediliblər.

Xəstələri müalicə edəcək həkimlər üçün xüsusi şərait yaradılıb. Onlar 4-5 ulduzlu otellərdə yerləşdirilib. Reanimatoloq, infeksionistlərdən ibarət xüsusi təlim qurupu yaradılıb. Bunun uğurlu nəticələrini görürük".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər