15 Aprel 2020 17:41
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Çindən indiyə qədər müayinə və nümunə üçün ləvazimatlar gətirməmişik. Belə şayiələrə inanmamaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Ramin Bayramlının sözlərinə görə, vətəndaşlar qaydalara riayət etməlidir ki, virusa yoluxma sayı artmasın: "Tibb işçilərinin maaşı artırılıb. Lakin onların maaşı xəstə sayından asılı deyil. Belə şayiələrə inanmamağı tövsiyə edirəm.

Sağalmış şəxslərin yenidən yoluxması ilə bağlı araşdırmalar yenidən yoluxma hallarının baş verəcəyini göstərir. Arxayınlaşmaq lazım deyil. Vətəndaşlardan qaydalara riayət etmələri tələb olunur".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər