23 Aprel 2020 00:39
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Diasporuna Dəstək Fondunun COVİD-19 yeni növ koronavirus pandemiyası səbəbiylə karantin rejiminin tətbiq olunduğu günlər ərzində xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək, xaricdə yaşayan soydaşlarımıza yüksək əhval-ruhiyyə bəxş etmək məqsədilə təşkil etdiyi silsilə konsert proqramları davam edir.

Teleqraf.com xəbər verir ki, konsertlər dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı musiqiçilərin iştirakı ilə Fondun facebook sosial şəbəkə hesabı üzərindən canlı yayımlanır. Aprel ayından etibarən başlayan “Biz birlikdə güclüyük” konsert proqramı layihəsində bu günədək Avstriyadan Abuzər və Karen Manafzadələr, Fransadan Ağarəhim Quliyev və Səidə Zülfüqarova, ABŞ-dan Nərgiz Əliyarova, Oman Sultanlığından Vüsalə Əmirbəyova konsert proqramı ilə çıxış ediblər.

Növbəti konsert proqramı aprelin 23-ü Vyanadan Jalə Rəsulova və Fərid Feyzullayevin birgə ifasi ilə yayımlanacaq. Azərbaycan Respublikasının əməkdar artisti İslam Manafov və qızı bəstəkar, pianoçu, dirijor Turan Manafzadə Türkiyədən aprelin 26-da konsert proqramı ilə çıxış edəcəklər. Növbəti proqram Niderland Krallığından, burada yaşayan azərbaycanlı musiqiçi Firəngiz Bağırovanın iştirakı ilə təqdim olunacaq. O, aprelin 29-da solo ifa ilə çıxış edəcək.

Bütün konsert proqramları Bakı vaxtilə saat 22:00-da yayımlanacaq.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər