Koronaviruslu xəstələrə qulluq edən həkim Namiq Nəbiyev COVİD-19-a yoluxub.
Teleqraf.com xəbər verir ki, bu barədə həkim oftalmoloq Yazgül Abdiyeva sosial şəbəkə hesabında paylaşıb.
O bildirib ki, Namiq Nəbiyev ilk gündən koronavirusla mübarizəyə qoşulanlar sırasındadır:
"Fevral ayından başlayaraq Qobustan, Neftcala, Cəlilabad, Astara, Biləsuvar rayonunda və Olimpiya kəndində karantin xəstəxasnalarında xidmət göstərən, həmçinin Bakı və Bakı ətrafı rayon xəstələrinin infeksion qəbulu şöbəsində aktiv çalışan həmkarlarımızdan biri, doktor Namiq Nabiyev koronovirusa yoluxub.
Hazırda ATU da müalicə alır. Gecə-gündüz virusla mübarizəyə qoşulan dəyərli həmkarımıza can sağlığı arzulayırıq".