1 May 2020 17:38
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus göstəriciləri arzu etmədiyimiz istiqamətdə gedərsə, sərt qərarlar tətbiq edilə bilər.

Teleqraf.com xəbər verir ki, bu sözləri TƏBİB-in İdarə Heyətinin Sədri Ramin Bayramlı deyib:

"Bizim yaşıl sahəyə çıxmağımız qaydalara əməl etməyimizdən asılıdır. Karantindən çıxmaq barədə qərar sadə qərar deyil. Ayrı-ayrı xidmət sahələri karantin rejimindən çıxdıqca, qaydalara riayət etməliyik. Bu məqsədlə Operativ Qərargah tərəfindən metodik göstərişlər həyata keçirir.

Bu medodik vəsaitlər təsdiq üçün müvafiq qurumlara göndərilib və sabah koronavirus.info.az saytında yerləşdiriləcək. Vətəndaşlar bu qaydalara ciddi əməl etməlidirlər"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər