İlkin hesablamalara görə, bir xəstəyə gündə təqribən 80-150 manat xərc çəkilir. Amma bu, yalnız mart ayı üçün nəzərdə tutulan büdcədir.
Teleqraf.com xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın bu gün baş tutan brifinqində deyib.
Z.Əliyev qeyd edib ki, bu xərcə xəstəyə lazım olan geyim, qida, tibb ləvazimatlar və həkimlərin ödənişi daxildir.