7 May 2020 14:16
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Bakının Zabrat qəsəbəsində 10 yaşlı qızın intiharı ilə bağlı məlumat yayılmışdı. Xəbəri eşitdikdə ağla bir sual gəlir: 10 yaşlı uşaq niyə intihar etsin, buna səbəb nə ola bilər?

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən psixoloq Vəfa Əkbərin fikrincə, bu, ailədaxili problemlər, sevgi əksikliyi, başqalarının övladları ilə müqayisə etmə, dinləmə bacarığının olmaması kimi səbəblərdən qaynaqlanır:

"Ola bilsin ki, o uşağa qarşı şiddət tətbiq olunub. Fiziki və mənəvi şiddət uşağın psixologiyasını məhv edir".

Psixoloq hesab edir ki, 16 yaşadək hər bir uşağın davranışlarında, istiqamət seçməsində valideynlərin birbaşa olmasa da, dolayı yolla təsiri var: "Valideynlər bilərək və ya bilməyərək övladını istiqamətləndirir. Bəzən uşağa "səndə heç nə alınmır, sən uğursuzsan" və ya "niyə sən başqaları kimi deyilsən?" kimi sözlərlə ona uğursuzluq təlqin edirlər.

Valideyn uşaqla ünsiyyət qurmadıqda, onu yetərincə dinləmədikdə, ona vaxt ayırmadıqda, emosional bağ qurmaqdıqda uşaq özünü təkləniş hesab edir. Bunların nəticəsində problemlər ortaya çıxır".

Psixoloq bildirib ki, bu problemi aşkarlamaq üçün evdəki uşağın psixoloji konsultasiyadan keçməsi mütləqdir: "Ailədə problemlərin, yanaşmanın necə olmasını bu yolla öyrənmək olar. Hər bir uşağın məsuliyyətini valideyn daşıyır. Əgər uşaq dünyaya gəlibsə, demək, buna valideyn qərar verib. Ailə planlaması çox bərbad vəziyyətdədir. Ailə planlaması düzgün qurulsa, uşağa vaxt ayrılsa, uşağın dəyər sistemlərini doğru formalaşdırsa, belə hallar yaşanmaz.

Böyük ehtimalla həmin uşağın ailəsində münaqişələr var. Ailə fərdləri bir-birini dinləməyi bacarsaydı, uşaq intihar həddinə gəlməzdi. İntiharadək uşağın depressiv halları, özünə qapanması olub. Sosial mühitdən təcrid olunub və bu dəyişimi valideyn görə bilməyib. Deməli, valideyn uşağına daxili aləmindən xəbərdar olmayıb. Bu isə təəssüfləndirici haldır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər