9 May 2020 17:46
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə həssas ölkələrlə əməkdaşlığı gücləndirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı Nazirlər Kabinetinin yanındakı Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

H.Harmancı bildirib ki, pandemiya ilə əlaqədar əhalinin sağlamlığını təmin etmək üçün ölkələri əlavə vasitələrlə təmin edəcək: “Biomedikal avadanlıqlara çıxışın təmin edilməsi, davamlı risklərin idarə edilməsi üçün ölkələrə yardım olunacaq. Ölkələrin testlərlə təmin edilməsinə də dəstək göstəriləcək”.

ÜST nümayəndəsi Azərbaycanın COVİD-19-la mübarizədə həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

“Azərbaycan ÜST-lə qarşılıqlı əməkdaşlıq edir. Pandemiya ilə mübarizə üçün Prezident İlham Əliyevə göstərdiyi yardımlara görə təşəkkür edirik”, - o bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər