"Xəzər" televiziyasında yeni təyinat baş tutub.
Teleqraf.com xəbər verir ki, jurnalist Azər Cabbarov "Xəzər" telekanalının rəhbəri Murad Dadaşovun müşaviri vəzifəsinə təyin edilib.
Azər Cabbarov bu haqda feysbukda məlumat verib.
Onu dostları sosial şəbəkədə təbrik ediblər.
Qeyd edək ki, Azər Cabbarov "Space" Televiziyasında və "AzTV"-də çalışıb.