Bakı metropolitenində gecə işlərini başa vurduqdan sonra xətti tərk edən sonuncu təsərrüfat qatarında texniki nasazlıq yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Teleqraf.com-a açıqlamasında bildirib ki, nasazlıq aradan qaldırılıb. Bakı metropoliteninin xətləri təlimat tələblərinə uyğun olaraq təkrarən yoxlanıldıqdan sonra elektrik qatarları xəttə buraxılıb. Stansiyalar 08:00-dan sərnişinlərin girişinə açılıb.
07:55
Bu gün səhər saatlarından Bakı Metropoliteninin stansiyaları sərnişin qəbul etmir.
Publika.az xəbər verir ki, stansiyaların qapısı bağlıdır. Bildirilir ki, texniki problem səbəbindən qatarların hərəkəti dayandırılıb.
Əlavə məlumat veriləcək.