Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 13-nə olan statistik göstəriciləri açıqlayıb.
Teleqraf.com xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 264 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 208 546 test aparılıb.