14 May 2020 14:59
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam, bu gün də səhər saat 9-dan jurnalist dostlarım zəng edərək Milli Şura ilə bağlı yayılan videolara münasibət istəyirlər. Açığı, cavab vermək istəmirəm, o qurumla bağlı şəxsən mənə 2013-də hər şey aydın idi. O zaman 7 dəfə danışıq apardıqdan sonra o mənasız, ipi yüz əldə olan quruma quşulmaqdan imtina etdik. Hətta həbsdə olan sədrin təkidinə baxmayaraq, imtina etdik. Çünki dəyərləri, prinsipləri, aydın planı-proqramı olmayan şəxs və şəxslər ərtafında bütpərəst təfəkkürlə qurulan təşkilata qoşulmaq axmaqlıq olardı. Sonradan da, indi də nə qədər haqlı olduğumuz öz təsdiqini tapdı.

Teleqraf.com xəbər verir ki, bu fikirləri REAL üzvü Natiq Cəfərli deyib.

O, Milli Şura üzvlərini gənc hitlerçilər adlandıraraq, onlara cavab vermək istəmədiyini qeyd edib:

"Amma Gültəkinin layklar, şərhlərdə olan söyüşlər və internet baxışları haqqındakı cümlələr bir daha təsdiq etdi ki, bunlar 100 nəfərin hərəsinə 15-20 saxta profil açmaqla layklar və dislayklar qoyurlar, şərhlərə söyüş yazdırırlar ki, sonradan bunu öz cılız və axmaq "arqumentlətinə" çevirsinlər. Bunu hamı bilirdi, amma indi daha aydın və aşkar göründü. Onların REAL və Müsavat haqqında dedikləri alçaq cümlələr olmasaydı, yəqin ki, belə geniş şərh yazmazdım".

Natiq Cəfərli hesab edir ki, Milli Şura AXCP tərəfindən idarə olunur: "Bir çox dostlar Milli Şuranın buraxılmasını tələb edir, olmayan qurum necə buraxılacaq ki?! Milli Şura yoxdur, AXCP var, o partiya özünə oyuncaq yan qurum kimi Milli Şuranı saxlayırdı. Məsələn, xaricilərlə görüşəndə iki təmsilçi ilə getsinlər və ya daxildə hər hansı bir siyasi birlik ideyası olsa, ora hər iki qurumdan təmsilçi salaraq, səsvermədə üstünlük qazansınlar - vəssalam. Bu qədər primitiv və köhnədilər.

Bunların nə demokratiya dərdi var, nə də haqq-hüquq gündəliyi, çünki o dəyərlər haqqında təsəvvürləri belə yoxdur.

Videoları da, çox güman, öz içlərində olanlar sızdırıb - zatən içlərində hökumətə işləməyən çətin tapıla. Hər birinin illərdir bu hökumətlə ilişkiləri olub-var, onlara çəkilın xəttdən, biçilən roldan heç vaxt kənara çıxmayıblar. Onların siyasət anlayışı o qədər primitiv, keçmişləri o qədər qaranlıqdır ki, istənilən başqa cür düşünən-davranan siyasi təşkilatı həmən düşmən görüb sıradan çıxartmağa çalışırlar".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər