Hər həftə epidemioloji-statistik göstəricilər müəyyənləşdirilir və Nazirlər Kabinetinə təqdim edilir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Ölkəmizdə pandemiya ilə mübarizənin birinci mərhələsi 27 fevral tarixində ilk koronavirus faktının aşkarlanması ilə başladıldı. Bu günə qədər koronavirusla bağlı aparılan mübarizə tədbirləri ilə bağlı ictimaiyyət məlumatlandırılıb. İlkin olaraq yumuşaldılma mərhələsinə, məhdudiyyətləri aradan qaldırılmasına 27 apreldən başladıq. Aparılan əks-epidemik tədbirlər nəticəsində biz bu tədbirləri görməyə başladıq".
O bildirib ki, bir sıra bölgələrdə insanlar qaydalara məsuliyyətsiz yanaşır: "Yevlaxda son günlərdə 64 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Eyni zamanda Lənkəranın Boradi kəndində 16, Şiləvar kəndində 16, Şağlsel kəndində 31, Nirəvan kəndində 31 yoluxma faktı qeydə alınıb. Biz insanları qaydalara riayət etməyə çağırırıq".