20 May 2020 17:58
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə fərqlənən işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

O, qeyd edib ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin imzaladığı əmrlərlə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi Babayev Əli İbrahim oğlu tutduğu vəzifədən azad olunaraq Gədəbəy rayon prokuroru, Samux rayon prokuroru vəzifəsini icra edən Hacıyev Mayıl Mehman oğlu isə həmin rayonun prokuroru vəzifələrinə təyin ediliblər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər