20 May 2020 23:55
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azad Azərbaycan” kanalının (ATV) 2 əməkdaşı: müxbir Mahmud Rövşənoğlu və Heydər Məmmədovun koronavirusla bağlı verdiyi ilkin testin nəticəsi müsbət çıxıb.

Teleqraf.com xəbər verir ki, virusa yoluxmuş jurnalist M.Rövşənoğlu hazırda qaldığı karantin xəstəxanasından kanalın canlı efirinə bağlanaraq səhhəti haqda məlumat verib.

O bildirib ki, özünü yaxşı hiss edir: “Soyuqlamışdım, adi qızdırma idi. Həkimə müraciət etdikdən sonra test götürdülər və ilkin olaraq nəticəsi müsbət oldu. Hazırda karantinə alınmışam. Özümü yaxşı hiss edirəm. Burada davamlı olaraq istiliyimiz ölçülür. Müəyyən vasitələrdən istifadə etdim və qızdırmam da düşdü. Özümdə ağırlaşma və ya başqa simptomlar hiss etmirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər