Heyvanlar üzərində koronavirus testləri keçirilməyib.
Teleqraf.com xəbər verir ki, bu sözləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.
O bildirib ki, virusun heyvanlardan insanlara keçməsi halı araşdırılmayıb və bu istiqamətdə iddialar təsdiqini tapmayıb: "Ümumdünya Səhiyyə Təşkilatının da bu istiqamət üzrə tələb və ya tövsiyələri yoxdur. Buna görə də heyvanlar üzərində kütləvi testləşdirmə aparılmır".