Koronavirusa qarşı vaksinlə bağlı dünyada 100-dən çox sınaq aparılıb.
Teleqraf.com xəbər verir ki, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında belə deyib:
"Bir vaksin tamamilə güvənli deyilsə, geniş əhaliyə tətbiq etmək olmaz. Bu ilin sonuna qədər vaksinin insanlara tətbiq olunmasını planlayırıq".
O qeyd edib ki, karantin rejiminin yumuşaldılması virusun bitməsi mənasına gəlmir: "Tövsiyə edilən qaydalara əməl edib, pandemiya bitənə qədər özümüzü qorumalıyıq".